"Portuqaliyada güvəndiyim insan "Şamaxı"dan təklif olduğunu bildirdi. Düzü, bu komandanın təklifi və layihəsi məni həyəcalandırdı. Danışdıq və razılaşdıq. Sonra da Azərbaycana gələrək, komandanın düşərgəsinə qoşuldum. Azərbaycana gəlmək fürsətindən istifadə etdim. Şadam ki, "Şamaxı"ya keçmişəm. Çalışacam ki, komandaya kömək edim. Yaxşı kollektivimiz var və çalışmalarımız davam edir".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Şamaxı"nın yeni transferi Rikardo Fernandes deyib.
Portuqaliyalı qolkiper Azərbaycan Premyer Liqası haqda danışıb. Son olaraq Portuqaliyada "Torrense"də oynamış Rikardo "Qarabağ"ın keçmiş futbolçusu Vaqner da Silva ilə komanda yoldaşı olub. O, Vaqnerdən məsləhətlər aldığını da gizlətməyib:
"Azərbaycan futbolunu əvvəllər izləmişəm. Çünki burada dostlarım oynayırdı. Onları izləyirdim deyə, Premyer Liqadan xəbərim var idi. Dostlarım da Premyer Liqa haqda yaxşı fikirlər dedilər. Vaqner Da Silva ilə də danışmışam. Mənə Azərbaycan çempionatından da söhbət etdi. O da mənə müsbət sözlər söylədi. Ümidvaram ki, "Şamaxı"dakı karyeram çox yaxşı alınacaq. Meydana çıxdığım matçlarda ən yaxşısını etməyə çalışacam".
Qeyd edək ki, 29 yaşlı qapıçı "Şamaxı" ilə bir illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi