"Şamaxı" heyətini daha bir legionerlə gücləndirə bilər.
Sportal.az saytına məlumatına görə, bölgə təmsilçisi Conatan Benteke haqda qərarını bu gün qətiləşdirəcək.
Belçikalı futbolçu komanda ilə məşqlərdə iştirak edib. Benteke tibbi müayinədən uğurla keçərsə, “Şamaxı” onunla bir illik müqavilə imzalayacaq.
29 yaşlı hücumçu “Vize”, “Zulte-Varegem”, “Kristal Pelas”, “Omoniya”, “Oldham Atletik”, “Allemaniya Ahen”, “Veqber-Beek”, “Loudun Yunayted” və “Petange” klublarında oynayıb.