"Şamaxı" yoxlama matçı üçün rəqib tapdı

13:29 - 17 İyul 2024

"Şamaxı" növbəti mövsümün hazırlıqlarını davam etdirir.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi ikinci yoxlama oyuna çıxacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Şamaxı" “Pelikan”la üz-üzə gələcək.

Qarşılaşma iyulun 20-də keçiriləcək və matça 18:00-da start veriləcək. Qarşılaşma Şamaxı şəhər stadionunda keçiriləcək. 

Qeyd edək ki, "Şamaxı" ilk yoxlama matçında "Kəpəz"i 2:1 məğlub etmişdi.

Xəbər xətti