Azərbaycan klubunun yeni transferi bu gün gəlir - "Sabah"dan ayrılan hücumçu "Araz-Naxçıvan"la anlaşdı

11:17 - 22 İyul 2024

"Araz-Naxçıvan"ın növbəti transferi braziliyalı futbolçu olacaq.

Sportal.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisi Ramon Maçadonu heyətinə qatıb.

Artıq tərəflər arasında rəsmi anlaşma olub. Son olaraq İndoneziyanın "Sabah"ın formasını geyinmiş Maçado bu gün Türkiyəyə yollanacaq.

33 yaşlı futbolçu Türkiyədə toplanışda olan "Araz-Naxçıvan"ın toplanışına bu gün qoşulacaq.

Ramon İndoneziyada mövsümü davam etdiyindən "Sabah"ın heyətində bu ay oyunlara çıxıb. Fiziki hazırlıq durumunun pis olmadığını məşqçilər korpusuna bildirən Maçado, istirahət üçün bir neçə gün icazə almışdı. Bu gündən isə məşqlərə qoşulacaq braziliyalı kollektivin heyətində Azərbaycana qayıdacaq.

Qeyd edək ki, Maçado karyerası ərzində "Neftçi" və "Qəbələ"də də çıxış edib.

Xəbər xətti