"Araz-Naxçıvan"ın yeni transferi Bəxtiyar Həsənalızadə Sportal.az saytına açıqlama verib.
Ötən mövsümü "Tuzlaspor"da keçirmiş müdafiəçi vətənə qayıtmasının səbəbini açıqlayıb:
"Bir il Türkiyədə oynadım. Meydana çıxdığım vaxtlarda komanda üçün ən yaxşısını etməyə çalışdım. Türkiyə karyeramın uğurlu alındığını düşünürəm. Zədələrim olmasaydı, daha da yaxşı alınardı. Ancaq düzü, ailə məsələlərinə görə vətənə qayıtdım. Bir neçə klublardan təklifim var idi. Sadəcə məni israrla istədiyinə görə "Araz-Naxçıvan"ı seçdim".
Həsənalızadə "Araz-Naxçıvan"ın heyətini və hazırlığını da dəyərləndirib: "Yaxşı futbolçularımız, yaxşı heyətimiz var. Yeni futbolçularımız var. Ümid edirəm ki, Premyer Liqanın startına qədər tam komplektləşəcəyik. Bizim yaxşı məşqçilər korpusumuz da var. Allah qoysa, Premyer Liqaya yaxşı start verərik. Yüksək yerlər uğrunda mübarizə aparmağa qadir heyətimiz, komandamız var".
Canni De Byazinin vaxtında Azərbaycan millisinə dəvət edilən müdafiəçi Fernandu Santuşun da etimadını qazanacağına ümid edir:
"Təbii ki, indi də milli komandaya dəvət olunmaq realdır. Bilirəm ki, bu, komandanın nəticəsindən və öz performansımdan asılıdır. Ümidvaram ki, hər şey yaxşı alınacaq və milli komandaya də dəvət ediləcəm".
saytlarin hazirlanmasi