"Qarabağ" Çempionlar Liqası II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Linkoln"u qəbul edir.
Sportal.az xəbər verir ki, qarşılaşmanı izləyənlər arasında tanış sima da var. Belə ki, "Sabah"ın sabiq futbolçusu Aleksey Kaşuk Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü tribunadan izləyir.
Kaşukun hansı klubla danışıqlar apardığı bəlli deyil. Ukrayna futbolçunun adı "Neftçi", "Sabah" və "Qarabağ"la hallanırdı.
Qeyd edək ki, Aleksey Kaşuk 2022-ci ilin mart ayından 2023-cü ilin mayınadək "Sabah"da çıxış edib. Hazırda azad agent statusunda olan 24 yaşlı vingerin son klubu "Şaxtyor" olub.
saytlarin hazirlanmasi