2024/2025 mövsümünə hazırlığını davam etdirən “Araz-Naxçıvan” transfer çalışmalarını yekunlaşdırmayıb.
Sportal.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisi daha əvvəl Sezar Meza Kolli ilə danışıqlar aparıb. Belə ki, Premyer Liqa təmsilçisi hazırda azad agent statusuna malik olan 32 yaşlı futbolçu ilə müqavilə imzalamağı planlaşdırıb.
Lakin sonradan “Araz-Naxçıvan” bu transferi təxirə salıb. Onlar daha çox müdafiə xəttini gücləndirmək istəyir. Belə ki, hazırda klub üçün daha önəmli olan mərkəz müdafiəçisinin transferidir. Klub öncə bu mövqeyə transferi reallaşdıracaq. Daha sonra isə ehtiyac görünürsə, Sezar Meza Kolli ilə danışıqlar bərpa ediləcək.
Qeyd edək ki, paraqvaylı futbolçu ötən mövsümü “Zirə”də başa vurub. O, bundan savayı karyerası ərzində İtaliya A seriyasında “Çezena”, “Alaves”, “Pavia”, “İnter”(Bakı)(indiki “Şamaxı”), “Universitatya Krayova”, “Neftçi”, “Phod” komandalarında oynayıb.
saytlarin hazirlanmasi