Azərbaycan UEFA-nın reytinq cədvəlində Rusiyanı geridə qoydu

10:34 - 2 Avqust 2024

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

Sportal.az xəbər verir ki, bu, avrokuboklarda II təsnifat mərhələsinin cavab oyunlarının nəticələrinə əsasən rısmiləşib.

23-cü sıraya yüksələn ölkəmizin hesabında 18,375 əmsal var. Xatırladaq ki, ÇL-in 2-ci raundu çərçivəsində "Qarabağ" Cəbəllütariqin "Linkoln" komandasını hər iki görüşdə məğlub edib - 2:0, 5:0.

"Zirə" Konfrans Liqasında da eyni uğura imza atıb. "Qaratalar" Slovakiyanın "DAK 1904" klubundan güclü olublar - 4:0, 2:1.

"Sabah" eyni yarışda İsrailin "Makkabi" (Hayfa) kollektivinə bir dəfə qalib gəlib, bir dəfə uduzub - 3:0, 3:6.

"Sumqayıt" isə evdə məğlub olduğu Macarıstanın "Fehervar" kollektivi ilə səfərdə heç-heçə oynayıb - 1:2, 0:0.

Bu görüşlə reytinqdə Azərbaycana ümumilikdə 0,625 xal qazandırıb. 24-cü pillədəki Rusiyanın 18,299, 22-ci yerdə qərarlaşmış Macarıstanın 19,500 xalı var. 55 ölkənin yer aldığı reytinq siyahısına 89.160 əmsalla İngiltərə başçılıq edir.

Xəbər xətti