Premyer Liqanın ilk turunda dəyişiklik: "Sabah" səfərə getməyəcək

12:18 - 2 Avqust 2024

Premyer Liqanın ilk turunda dəyişiklik edilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, ölkəmizi Konfrans Liqasında təmsil edən “Sabah” klubunun rəsmi müraciəti, “Şamaxı” klubunun rəsmi razılıq məktubu, Peşəkar Futbol Liqasının qərarı ilə “Sabah” klubunun növbəti mərhələyə daha yaxşı hazırlaşması və mümkün zədələrin qarşısının alınması məqsədi ilə 1-ci turun “Şamaxı” – “Sabah” oyunu ilə, 18-ci turun “Sabah” – “Şamaxı” oyununun yeri dəyişdirilib.

I tur 

4 avqust (bazar)

“Sabah” – “Şamaxı”
“Bank Respublika Arena”, 17:30

Qeyd: Komandaların əvəzedici heyətləri arasında görüş əvvəlcədən açıqlandığı kimi baş tutacaq.

Xəbər xətti