Millimizin sabiq üzvü Birinci Liqa klubunda oynayacaq

14:34 - 2 Avqust 2024

Azərbaycan milli komandasının sabiq üzvü Elnur Cəfərov yeni sezona Birinci Liqa klubunda oynayacaq.

27 yaşlı yarımmüdafiəçi "İmişli" ilə anlaşıb. Bu barədə futbolçu özü Sportal.az saytına məlumat verib. Cəfərov bölgə klubu ilə bir illik müqavilə imzalayıb.

O, ötən mövsümü də "İmişli"də keçirmişdi. Amma həmin vaxtı "Kəpəz"ə məxsus idi və icarə əsasında aşağı liqa klubuna yollanmışdı.

"Xəzər Lənkəran" yetirməsi olan Elnur "Tondela", "Duqopolye", "Neftçi", "Keşlə"(indiki "Şamaxı"), "Sumqayıt" komandalarında oynamışdı.

Xəbər xətti