"Araz-Naxçıvan"dan ayrılan Elvis Maşike yeni mövsüm üçün özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, Konqo Demokratik Respublikasından olan forvard Şimali Makedoniyada oynayacaq.
O, bu ölkənin "Qostivar" klubu ilə anlaşıb. Tərəflər arasında bir illik müqavilə imzalanıb.
30 yaşlı futbolçu ötən mövsümün əvvəlində "Araz-Naxçıvan"a keçmişdi. O, buna qədər "Slovan"(Liberets), "Jilina", "Seniça", "Hamrun" kimi klublarda oynamışdı.
Mirbağırağa
saytlarin hazirlanmasi