Azərbaycan milli komandasının, “Neftçi” və “Qarabağ”ın sabiq üzvü Elvin Yunuszadə yeni sezona da Birinci Liqada başlaya bilər.
Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi "Qəbələ"də oynaya bilər.
Milli komandamızın keçmiş futbolçusu hazırda bölgə klubunun heyətində məşqlərə başlayıb.
Kaxaber Tsxadadzenin Yunuszadəni sərəncamında görmək istədiyi və yaxın günlərdə tərəflər arasında rəsmi müqavilənin imzalanacağı gözlənilir.
"Neftçi"nin keçmiş üzvü ötən mövsümü "İmişli"də başa vurmuşdu.
saytlarin hazirlanmasi