"Sabah" - "Zirə" oyunu təxirə salına bilər? - PFL-dən vacib AÇIQLAMA

10:28 - 5 Avqust 2024

Konfrans Liqasında mərhələ adlayan "Sabah" və "Zirə" klubları avqustun 8-də avrokuboklarda növbəti oyunlarına çıxacaqlar. III mərhələ çərçivəsində "Sabah" səfərdə İrlandiyanın "Sent Patriks", "Zirə" isə Xorvatiyanın "Osiyek" klubu ilə qarşılaşacaq. 

Sportal.az xəbər verir ki, təmsilçilərimiz səfərdən qayıdandan sonra Premyer Liqa görüşündə üz-üzə gələcəklər. Avqustun 11-də "Sabah" - "Zirə"ni qəbul edəcək. Hər iki komanda üçün vacib qarşılaşma olsa da, Konfrans Liqasında cavab oyunu barədə də düşünməlidilər. Belədə, meydana əsas heyətlə çıxmaya da bilərlər. 

Bu durumda ən ideal gediş "Sabah" - "Zirə" matçının təxirə salınması ola bilərdi. PFL-in texniki idman direktoru Elgiz Abbasov saytımıza açıqlamasında bunun mümkün olmadığını deyib: 

"İlk növbədə avrokuboklarda ölkəmizi təmsil edən bütün klublara uğurlar arzu edirik. Avrokuboklarda çıxış edən komandalar eyni zamanda təqvim sıxlığını və beynəlxalq  praktikanı nəzərə almalıdırlar. Peşəkar  Futbol Liqasının Əsasnaməsinə əsasən ancaq pley-off mərhələsinə yüksələn komandalar 1 oyunun təxirə salınması ilə bağlı müraciət edə bilərlər. Əgər qarşı tərəf buna etiraz etməsə, PFL məsələyə baxa bilər".

 

Xəbər xətti