Riçarddan Premyer Liqada 50-ci qol

10:37 - 5 Avqust 2024

"Qarabağ"ın futbolçusu Riçard Almeyda Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.

Sportal.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin yubiley topu Misli Premyer Liqasının I turuna təsadüf edib.

O, “Araz-Naxçıvan”la səfər oyununda (4:1) vurduğu qolla “100”ü yarılayıb. Riçard “50”yə Premyer Liqada keçirdiyi 268-ci matçda çatıb. Yarımmüdafiəçi Azərbaycan çempionatları tarixinə ən azı 50 qol vuran 40-cı futbolçu kimi düşüb.

2012/13 mövsümündən Premyer Liqada çıxış edən Almeyda ilk qolunu da həmin çempionatda imza atıb. Yalnız “Qarabağ”ın heyətində rəqib qapısına yol tapan yarımmüdafiəçi “Zirə”nin də formasını geyinib.

Xəbər xətti