"Kəpəz" daha bir legioneri heyətinə qatmağı planlaşdırır.
Sportal.az saytna verilən məlumata görə, Gəncə təmsilçisi Keverton Marselo ilə anlaşmaq üzrədir.
"Kəpəz" Braziliyada "Hercilio Luz" klubunda oynayan 23 yaşlı yarımmüdafiəçini razı salmağa yaxındır.
2001-ci il təvəllüdlü dayaq yarımmüdafiəçi Azərbaycanda oynamaq istəyib, son olaraq maaş məsələsində razılıq əldə etmək lazımdır.
Keverton karyerası ərzində yaınız Braziliyada “Audaks Rio”, “Ponte Preta” komandalarında oynayıb.
saytlarin hazirlanmasi