"Sabah"ın və U-21 yığmamızın futbolçusu Camal Cəfərov karyerasına yenidən "Kəpəz"də davam edə bilər.
Sportal.az saytına verilən məlumata gör, yarımmüdafiəçiəni Gəncə klubunun baş məşqçisi Adil Şükürov istəyir.
"Kəpəz" bununla bağlı "Sabah"a müraciət edib və tərəflər arasında danışıqlar davam etdirilir.
Klublar arasında razılıq olarsa, bir illik icarə müqaviləsi imzalanacaq. Cəfərovun xidmətində "Şamaxı" da maraqlıdır. Onun yeni sezonun gedişində hansı komandanın formasını geyinəcəyi yaxın günlərdə dəqiqləşəcək.
saytlarin hazirlanmasi