"Şamaxı"nın gürcü legioneri Giorgi Kantariya Sportal.az saytına açıqlama verib.
Bölgə klubunun futbolçusu komandasının Premyer Liqanın 2-ci turunda “Araz-Naxçıvan”a 0:1 hesabı ilə uduzmasını şərh edib:
"Araz-Naxçıvan"ı analiz etmişdik. Bilirdik ki, keyfiyyətli komandadır. Fərdi olaraq da, futbolçuları çox yaxşıdır. Fikrimcə, oyunu da elə öz səhvlərimizin ucbatından uduzduq. Hər halda, matç heç-heçə başa çatmalı idi. Çünki bizim də qol imkanlarımız az deyildi. Sadəcə onları reallaşdıra bilmədik. Biz də Şamaxıya yaxşı nəticə ilə qayıtmaq istəyərdik. Ancaq futboldur da, bəzən belə də olur. Heç vaxt oyunun gedişatını öncədən planlaşdıra bilmirsən. Səhvlərimizi düzəldib, işləməyə davam edəcəyik".
"Şamaxı" növbəti turda “Qarabağ”ı qəbul edəcək. Kantariya həmin görüşdə uğurlu nəticə qazanmaq şanslarından danışıb: "İstənilən rəqiblə görüşdə şans hər zaman var. "Qarabağ"ın çox yaxşı komanda olduğunu bilirik. Biz öz oyunumuzu oynamağa davam edəcəyik. Sadəcə səhvlərimizi də düzəltmək istəyirik. Öz azarkeşlərimizin qarşısında uğurlu nəticə qazanmaq niyyətindəyik. Evdəki ilk oyunumuzdur. Məncə, yaxşı atmosfer olacaq və azarkeşlər bizim üçün yaxşı motivasiya verəcək".
Mirbağırağa