"Araz-Naxçıvan"ın futbolçusu "Kəpəz"ə qarşı oynayacaq

09:18 - 4 Sentyabr 2024

Misli Premyer Liqasının V turunun “Sumqayıt”la oyununda (1:0) zədələnən “Araz-Naxçıvan”ın müdafiəçisi Ömər Buludovun durumu bəlli olub.

Sportal.az xəbər verir ki, 25 yaşlı müdafiəçinin zədəsinin ciddi olmadığı bəlli olub.

O, "Sumqayıt"la görüşün 23-cü dəqiqəsində məcburiyyətdən əvəzlənmişdi.

Naxçıvan klubuna yayda qoşulan futbolçunun Premyer Liqanın 6-cı turunun “Kəpəz”lə görüşdə meydana çıxacağı gözlənilir.

Xəbər xətti