AFFA "Kəpəz" və "Şamaxı"nı cərimələdi, "Zirə"yə xəbərdarlıq etdi

13:49 - 5 Sentyabr 2024

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, Misli Premyer Liqasının 5-ci turundakı qayda pozuntularına görə cəzalar tətbiq olunub:

30 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının V turunun “Sumqayıt” – “Araz Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);

31 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının V turunun “Şamaxı” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Şamaxı” klubu 800 manat cərimə edilir (maddə 51.2);
 
31 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının V turunun “Kəpəz” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 51.2);
 
1 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının V turunun “Zirə” – “Qarabağ” oyununun 29-cu dəqiqəsində “Zirə” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

Xəbər xətti