Elmar Baxşıyev: "Böyükhesablı qələbə qazansaq da..."

21:30 - 7 Sentyabr 2024

"Araz-Naxçıvan" bu gün yoxlama oyununda "Sumqayıt"ı 5:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçla bağlı fikirlərini klubun mətbuat xidmətinə bildirib:

"Mllinin oyunları ilə əlaqədar çempionatda yaranmış fasiləyə görə bu matçı keçirmək yerinə düşdü. Maraqlı oyun alındı. Çalışdıq ki, heyətin bütün üzvlərinə şans verək. Hər hissəyə fərqli heyətlə çıxdıq. Böyükhesablı qələbə qazansaq da, üzərində işləməli olduğumuz məqamlar var. Qarşıda bizi "Kəpəz"lə çətin oyun gözləyir. Artıq həmin matçı düşünməliyik".

Xəbər xətti