"Qarabağ" fransalı futbolçu ilə yollarını ayırdı - RƏSMİ

16:24 - 9 Sentyabr 2024

"Qarabağ" hücumçu Hamidu Keytayla yollarını ayırıb.

Sportal.az xəbər verir ki, 29 yaşlı fransalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), kubokda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

Xəbər xətti