Bundesliqa klubunun məşqçisi: "Emrelinin "Nürnberq"dəki karyerası haqda proqnoz vermək çətindir"

14:22 - 15 Sentyabr 2024

"Düzünü desəm, Mahir Emreli haqda ətraflı məlumatım yoxdur. Ona görə də, "Nürnberq"dəki karyerası haqda proqnoz verməyə çətinlik çəkirəm".

Bu sözləri Sportal.az saytına açıqlamasında Almaniya Bundesliqasının təmsilçisi “Haydenhaym”ın məşqçisi Bernard Raab deyib.

Vaxtı ilə Azərbaycan Premyer Liqasında yarışmış "Sumqayıt"ın baş məşqçisi olmuş 58 yaşlı mütəxəssis "Nürnberq" formasını geyinən Azərbaycan millisinin hücumçusu barədə danışıb.

O, Emrelinin ikinci Bundesliqa klubunda əsas heyət üzvü olmaq şanslarını dəyərləndirib: "Bir çox yaxşı komandaların da yer aldığı ikinci Bundesliqada heç nə asan olmayacaq. Miroslav Kloze bir növ "Nürnberq"də yenidən başlanğıc etmək istəyir. Mahir Emrelini də transfer ediblər. Ümid edirəm ki, Mahir Emreli Almaniyada yüksəlişə keçəcək, adından söz etdirəcək".

Qeyd edək ki, Mahir Emreli bu yay “Nürnberq”lə 1+1 illik müqavilə imzalayıb. 

Mirbağırağa

Xəbər xətti