"Zirə" "Neftçi"yə qalib gəldi, "Turan Tovuz" "Sabah"la heç-heçə etdi - YENİLƏNİB

22:27 - 15 Sentyabr 2024

Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulub.

Sportal.az xəbər verir ki, sonuncu oyun günündə iki matç baş tutub. 

"Zirə" "Neftçi"ni qəbul edib. Matç ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yükunlaşıb.

Turnir cədvəlinin lideri "Turan Tovuz" isə "Sabah"ın qonağı olub. 4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.

Misli Premyer Liqası
VI tur

15 sentyabr

"Zirə" - "Neftçi" 2:0 
Qollar:
Suma 1, Utziq 60
Baş hakim: Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu

20:30 "Sabah" - "Turan Tovuz" 2:2

Qollar: Cesse Sekidika 7, 46 - Roderik Miller, 35, Ayxan Quseynov, 76
Baş hakim: Əliyar Ağayev
“Bank Respublika Arena”

Xəbər xətti