"Şamaxı"nın legioneri Leroy-Jak Mikels Sportal.az saytına açıqlama verib.
Almaniyalı futbolçu komandasının Premyer Liqanın 6-cı turunun "Sumqayıt" (1:0) üzərində qazandıqları qələbəni şərh edib.
O, həmçinin qardaşı, Coy-Lens Mikels barədə də danışıb:
"Maraqlı və yaxşı oyun alındı. Biz görüşə aqressiv start verdik. Qol şanslarımız da var idi. Erkən qol vurduğumuz üçün daha yaxşı oynamağa başladıq. Nəticədə qalib gəldik.
Azərbaycan Premyer Liqasına tez adaptasiya olmuşam. Çünki bu çempionatı daha əvvəldən də tanıyırdım. Qardaşım burada oynayırdı, liqanı izləyirdim. Özüm də indi, yavaş-yavaş daha çox adaptasiya oluram. Coy-Lens burada yaxşı oynamışdı, bu il də çox yaxşı performans göstərir. Mən də, ən azından onun kimi yaxşı oynamağa çalışıram. Digər qardaşımız da Azərbaycana gəlib, burada yaxşı oynaya bilər. Çünki yaxşı oynamaq qanımızda var".
29 yaşlı hücumçu Şamaxını bəyəndiyini deyib: "Şamaxını gəzmişəm. Burada olduğum üçün xoşbəxtəm. Düzdü, vaxtımın çox hissəsini elə oteldə keçirirəm. Amma ümumilikdə komandadan, şəhərdən və baş məşqçimizdən çox razıyam".
saytlarin hazirlanmasi