Misli Premyer Liqasının 7-ci turu çərçivəsində "Kəpəz" "Şamaxı" ilə qarşılaşır.
Sportal.az-ın Tovuz şəhər stadionunda olan əməkdaşının verdiyi məlumata görə, "Kəpəz" azarkeşləri 0:2 məğlub durumda olan komandadan narazıdır.
Gəncəli azarkeşlər oyunun gedişində "Kəpəz" rəhbərliyini istefaya səsləyib. Premyer Liqa klubunun fanatları ötən tur "Araz-Naxçıvan"la oyunda da futbolçulardan narazılıq etmişdi.
Qeyd edək ki, "Kəpəz" 6 turdan sonra xalsızdır və sonuncu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi