Hakimlər Komitəsinin sədri "Turan Tovuz" - "Araz-Naxçıvan" matçındakı mübahisəli epizodu şərh etdi - FOTO

12:17 - 23 Sentyabr 2024

Misli Premyer Liqasının 7-ci turunun "Turan Tovuz" – “Araz Naxçıvan” oyununda baş verən mübahisəli epizod barədə Hakimlər Komitəsinin sədri Frank De Blekere açıqlama verib.

Sportal.az xəbər verir ki, sabiq referi Ramon Maçadonun Roderik Millerlə mübarizə zamanı rəqibinə xəsarət yetirməsini bu cür şərh edib:

"Top havada olan zaman “Araz-Naxçıvan” komandasının 16 nömrəli oyunçusu Ramon Maçado topa oynamaq istəyir və ayağının ucu ilə “Turan-Tovuz” komandasının 5 nömrəli futbolçusu Roderik Millerin baş nahiyəsinə zərbə endirir. Hakim oyunçunun düşüncəsiz davranışına görə ona sarı vərəqə göstərir. Təlimatlara əsasən, “Araz-Naxçıvan”ın oyunçusunun topa baxdığını və topa oynamaq istədiyini nəzərə alaraq, verilən sarı vərəqəni dəstəkləyirik. O, ayağının ucu ilə (butsun altı ilə deyil) müdafiəçinin başına/üzünə aşağı intensivliklə və o qədər də güclü olmayan zərbə endirir. Təhlükəli vəziyyət olsa da, “Araz-Naxçıvan”ın oyunçusunun etdiyi qəsdən təmas/qayda pozuntusu deyil".

Xəbər xətti