"Hazırda heç bir təklif yoxdur. İndi əsas işim çalışdığım dönəmi təhlil edib, daha yaxşı işlər görmək üçün nəyi, necə dəyişmək lazım olduğunu özüm üçün müəyyənləşdirməkdir. Biz məşqçiyik və təbii ki, təklif gözləyirik. Əgər bu işdəyiksə daim yeniliklərə hazır olmalıyıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında Adil Şükürov deyib. Azərbaycanlı futbol məşqçisi adının “Səbail”lə hallanmasına münasibət bildirib:
"Bu cür əsassız məlumatların yayılması məni çox üzdü. Heç vaxt işləmək xətrinə kiminsə işsiz qalmasını istəməmişəm və bu da mənim təbiətimə xas deyil. Şahin müəllim komandanın baş məşqçisidir və klub da Şahin müəllimlə yoluna davam edir".
Təcrübəli mütəxəssis bu mövsüm Misli Premyer Liqasındakı mübarizədən də danışıb: "Bu il çempionat daha ağır olacaq. Çünki fikir verirəm, əksər komandalar heyətlərinin 70-80 faizin saxlayıb və gücləndirib. Bu da mübarizənin gərgin olacağı anlamına gəlir. “Qarabağ” üçüncü dövrədə çempion olmayacaq".
Mirbağırağa