“Liv Bona Dea Arena” stadionunun qazonunda aparılan renovasiya işləri ilə əlaqədar olaraq “Araz-Naxçıvan” klubunun rəsmi müraciəti, Peşəkar Futbol Liqasının təftişi və Əsasnamənin müvafiq bəndi ilə Misli Premyer Liqasının 8-ci turunun “Araz-Naxçıvan” – “Səbail” görüşünün Sumqayıt şəhərində yerləşən “Kapital Bank Arena” stadionunda oynanılmasına qərar verilib.
Sportal.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi 27 sentyabr saat 19:00-da başlanacaq.
saytlarin hazirlanmasi