“Araz-Naxçıvan” Misli Premyer Liqasının VIII turunun “Səbail”lə görüşünə iki itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, meydan sahiblərinin çalışdırıcısı Elmar Baxşıyev cəzalı duruma düşən Ömər Buludov, eləcə də zədəli olan braziliyalı yarımmüdafiəçi Karlos Jatobanın xidmətindən istifadə edə bilməyəcək.
Sonuncu avqustun sonunda əməliyyat olunub və yalnız qış fasiləsindən sonra meydanlara qayıdacaq. “Səbail”də isə heyətlə bağlı itki yoxdur.
“Araz-Naxçıvan” – “Səbail” matçı bu gün Sumqayıtdakı “Kapital Bank Arena” stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq.
saytlarin hazirlanmasi