"Son turda "Turan Tovuz" üzərində qələbə qazandıq. Onlar yaxşı komandadır. Yeni məşqçiləri komandanı formalaşdıra bilib. Tovuzdakı matç həqiqətən çox maraqlı keçdi. Əsas odur ki, qələbə qazana bildik. Bu da bizi çox sevindirdi. Bərabər səviyyəli oyun gedirdi. Qoldan sonra bizim tez qol vurmağımız isə həlledici oldu. Sonda da qalibiyyət bizim tərəfimizdə idi".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Araz-Naxçıvan"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə deyib.
Naxçıvan klubunun aparıcı üzvü bu gün Misli Premyer Liqasının 8-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirəcəkləri matçdan gözləntilərini söyləyib:
"Səbail"ə qarşı matç da çətin olacaq. "Səbail"ə qarşı asan olacağını düşünsək, işimizi çətinləşdirəcəyik. "Səbail" həqiqətən də yaxşı komandadır. "Sabah"la oyunda yaxşı mübarizə apardılar. Hamımız gördük. Məğlub olsalar da, "Sabah"a iki qol vurmağı bacardılar. Bu da kifayət qədər hücum xəttinin güclü olmasını göstərir. Onlara qarşı oyuna cidid hazırlaşacağıq və uğurlu nəticə istəyirik. Bunun üçün sona qədər mübarizə aparmaq lazımdır".
O, komandasının avrokuboklara vəsiqə qazanmasının real olub-olmaması barədə də fikirlərini bildirib:
"Hələ ki, o barədə danışmaq çox tezdir. Düzü, fərqli nəsə baş verməyib. Komandalar arasında xal fərqləri çox cüzidir. Düşünün ki, lideri məğlub edirsən, amma yenə də eyni mövqedə qalırsan. Hələ görüləsi işlər çoxdur. Çempionat yeni başlayıb, cəmi 7 tur geridə qalıb. Hər şey qarşıdadır. Amma təbii ki, biz də sona qədər mübarizə aparacağıq".
saytlarin hazirlanmasi