Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk matçı Şamaxıda keçirilib. Burada şəhərin eyniadlı komandası "Turan Tovuz"u qəbul edib. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb.
Tura "Qarabağ" - "Sabah" oyunu ilə yekun vurulub. "Azersun Arena"da baş tutan qarşılaşma Ağdam təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb.
Azərbaycan Premyer Liqası
VIII tur
29 sentyabr (bazar)
16:00. “Şamaxı” – “Turan Tovuz” 2:2
Qollar: Belajdi Pusi, 48, Arsen Ağcabəyov, 89 - Sadiq Şəfiyev, 5, Kristian da Silva, 90+6
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Nəriman Axundov
Şamaxı şəhər stadionu
19:00. “Qarabağ” – “Sabah” 3:2
Qol:Toral Bayramov 6, Nəriman Axundzadə 8, Medina 18 - Sekidika 45+2, Safranko, 58
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR: Əliyar Ağayev
AVAR: Rəvan Həmzəzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”