"Barselona"nın mövsümdə ilk məğlubiyyəti - VİDEO

10:10 - 29 Sentyabr 2024

İspaniya La Liqasında 8-ci turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, lider "Barselona" səfərdə "Osasuna"nın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Mövsümdə ilk dəfə məğlub olan "Barselona" 21 xalla turnir cədvəlinin zirvəsindədir. 14 xalı olan "Osasuna" isə 6-cı yerdədir.

"Osasuna" - "Barselona" 4:2
Qollar:
A.Budimir, 18, 72, B.Saraqosa, 28, Bretones, 85 - P.Viktor, 53, L.Yamal, 89

Xəbər xətti