4 futbolçu "Araz-Naxçıvan"ın məşqinə qatılmır

15:50 - 10 Oktyabr 2024

Azərbaycan millisinin rəsmi oyunlarına görə Misli Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar 3 gün istirahət edən "Araz-Naxçıvan"ın üzvləri məşqlərini bərpa ediblər.

Sportal.az xəbər verir ki, fasilədən sonra ilk məşq yüngül təmrinləri yerinə yetirməklə keçib. Vadim Abdullayev Azərbaycan, Kristian Avram isə Moldova millisinin düşərgəsində olduğuna görə, hazırlıq prosesinə qatılmayıblar.

Onlardan başqa, zədəli Ramin Nəsirli və reabilitasiya prosesi keçən Karlos Jatoba komandaya qoşulmayıb.

Xəbər xətti