"Şamaxı"nın kapitanı Adil Nağıyev Sportal.az saytına açıqlama verib.
O, komandasının Premyer Liqadakı performansını dəyərləndirib. Bununla yanaşı, Azərbaycan millisinə dəvət olunmaq istədiyini bildirib:
"Şamaxı"nın 9 turdan sonra 6-cı pillədə qərarlaşmasında gözlənilməz heç nə yoxdur. Çox əziyyət çəkdik. Hər oyun mübarizə apardıq, xal və xallar üçün meydanda döyüşdük. Bizim üçün ilk dövrəni uğurlu saymaq olar. Məncə, ən uğursuz oyunumuz "Araz-Naxçıvan"a qarşı Bakıdakı oyunda olmuşdu. Həqiqətən də yaxşı oynaya bilməmişdik. Ondan başqa bütün klublara qarşı başabaş və daha üstün oynamışıq. Fasilədən sonra "Araz-Naxçıvan"a qarşı oynayacağıq. Onlar da çox yaxşı oyun nümayiş etdirir. Keyfiyyətli futbolçuları çoxdur. Öz meydanımızda oynayacağıq, çalışacağıq ki, üç xal qazanıb azarkeşlərimizi sevindirək. İndi də hazırlığımızı davam etdiririk".
Bölgə klubunun müdafiəçisi milli komandaya "Şamaxı"dan oyunçu dəvət edilməməsinə bu cür şərh evrib: "Əlbəttə ki, ilk növbədə klubda yaxşı oynamalısan. Hər zaman komandama xeyir verməyə çalışmışam. Mən də istəyərdim ki, milliyə "Şamaxı"dan futbolçu dəvət edilsin. Bu klubda milliyə layiq oyunçular var. Növbəti oyunlarda "Şamaxı"dan da futbolçu dəvət ediləcəyinə inanıram".
Mirbağırağa
saytlarin hazirlanmasi