"Araz-Naxçıvan"ın baş məşqçisi açıqladı: "Tibbi müayinədən keçdikdən sonra imzalayacağıq"

21:47 - 13 Oktyabr 2024

"Araz-Naxçıvan" daha bir legioneri Azərbaycana dəvət edib.

Sportal.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisi Sezar Meza Kolli ilə anlaşıb. Son olaraq “Zirə”də oynamış paraqvaylı artıq Bakıya gəlib.

Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev saytımızın əməkdaşı ilə qısa söhbətində də bunu təsdiqləyib:

"Bəli, demək olar ki, Sezarla anlaşmışıq. Artıq Bakıdadır. Böyük ehtimalla mövsümün sonuna qədər olacaq müqaviləsi. Tibbi müayinədən keçdikdən sonra müqavilə imzalanacaq".

Xatırladaq ki, Sezar Azərbaycanda «Neftçi», «Zirə», «Keşlə»(indiki «Şamaxı») kimi komandalarda oynayıb.

Xəbər xətti