"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Billirdik ağır oyun olacaq. "Şamaxı" Premyer Liqada yeni olsa da, Ayxan Abbasov yaxşı, əzmkar komanda yaradıb. Komadam meydanda istədiyimi verməyə çalışırdı. Düşünürəm ki, layiqli qələbə qazandıq.
- Oyun tez-tez dayanırdı. Temp sizi qane etdi?
- Dinamika yaxşı idi. Hər iki komanda əzmkarlıq göstərirdi, həm də bir-birinə hötmət edirdi. Ümumi hakimlik normal idi.
- Komandanızın müdafiədəki oyunundan razısız?
- Müdafiə sırf müdafiəçilərdən ibarət deyil. Ümumi müdafiə planında bəzi epizodlarda boşluqlar veririk. Bu da normaldır
- Sezar Meza Koli komandaya xeyir verəcək?
- Bəli, bizə xeyri dəyərək. Meza Kolli yaxşı keyfiyyətlərə malik futbolçudur. Onu iyun ayında gətirmək istəyirdik. Sadəcə belə alındı.
Elçin Əlixan
saytlarin hazirlanmasi