Azərbaycan Premyer Liqasında mövsümün ikinci məhsuldarlığı

16:53 - 21 Oktyabr 2024

Misli Premyer Liqasının X turunda 18 qol vurulub.

Sportal.az xəbər verir ki, “Sumqayıt” – “Turan Tovuz” oyununda altı (2:4), “Kəpəz” – “Qarabağ” matçında beş (0:5), “Neftçi” – “Səbail” görüşündə dörd (3:1) qol qeydə alınıb. Digər iki qarşılaşmada məhsuldarlıq aşağı olub. “Zirə” – “Sabah” oyunu 1:1 hesabı ilə bitibsə, “Şamaxı” – “Araz-Naxçıvan” görüşündə yeganə topa qonaq komanda imza atıb.

Beş oyununda 18 qolun vurulduğu turda orta məhsuldarlıq 3,60-a bərabər olub. Bu, mövsümün ikinci göstəricisidur. Yalnız VIII turda daha çox – 19 qol vurulub.

Qeyd edək ki, mövsümdə 4-cü dəfə orta məhsuldarlığın 3-dən yuxarı olması qeydə alınıb. Bu rəqəm VIII turda 3,80, VII turda 3,40, ilk oyun həftəsində 3,20 olub.

Xəbər xətti