AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
19 oktyabr 2024-cü il tarixində Misli Premyer Liqasında X turun “Neftçi” – “Səbail” oyununun 81-ci dəqiqəsində “Neftçi” klubunun 14 nömrəli futbolçusu Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Neftçi” klubu 1000 manat cərimə edilir (maddə 41);
19 oktyabr 2024-cü il tarixində Misli Premyer Liqasında X turun “Neftçi” – “Səbail” oyununun fasiləsində meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);
20 oktyabr 2024-cü il tarixində Misli Premyer Liqasında X turun “Zirə” – “Sabah” oyununun 45+4-cü dəqiqəsində “Sabah” klubunun köməkçi məşqçisi Saşa Sablyak oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, “Sabah” klubu 1000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 36.8, 32);
20 oktyabr 2024-cü il tarixində Misli Premyer Liqasında X turun “Sumqayıt” – “Turan Tovuz” oyununun 2-ci hissəsi “Turan Tovuz” klubu meydançaya gec çıxdığına görə gec başladığı üçün “Turan Tovuz” klubu 1500 manat cərimə edilir (maddə 60.4);
saytlarin hazirlanmasi