"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 11-ci turunda öz meydanında "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Yaxşı, dinamik və mübarizəli oyunun şahidi olduq. Hər iki komanda meydanda yaxşı iş görməyə çalışırdı. Komanda olaraq meydançada düşündüklərimiz var idi. Yaxşı oynadıq və 1 xal qazandıq. Yolumuza davam edirik.
- Penalti olmasaydı da, qol vuracaqdınız?
- Təzyiq göstərib qol vuracaqdıq, ya vurmayacaqdıq.... Məni sevindirən komandanın oyundan qopmamasıdır. Uduza da bilərdik. Oyunun təşkilində bunu yaxşı etdik.
- Bu mövsüm yalnız "Qarabağ"a uduzmusuz. Məğlubiyyətsizlik seriyası komandadakı ab-havaya necə təsir edir?
- İlk turda "Qarabağ"a böyük hesabla uduzanda da, komanda olaraq çox panikaya düşmədik. Təcrübəli futbolçularımız var. Təzyiq altında oynaya biləcəklər. Bu, maksimumumuz deyil. Komanda olaraq daha rəngarəng ola bilərik.
- Oyunlarınızı qışdan sonra Naxçıvanda keçirsəniz, dolu tribunalar qarşısında oynamaq sizə necə təsir edəcək?
- Mənə təzyiq olmayacaq. Futbolçular azarkeş qarşısında oynamaq istəyəcəklər. Biz də öz azarkeşlərimizin önündə çıxış etmək istəyirik. 5-6-cı mətbuat konfransıdır ki, təkrar deyirəm. Mən çox istəyərdim ki, öz diyarımızda, Naxçıvanda oynayaq, bu sevinci Naxçıvan camaatı ilə bölüşək. Üzərimə nə düşürsə, onu edirəm. Yenə xahiş edirəm, rəhbərlik bizi Naxçıvana aparsın, ev oyunlarımızı orada keçirək.
- Bəs, futbolçular Naxçıvanda qalacaq?
- Sağlam kollektivimiz var. Naxçıvanda qalmaq futbolçulara təsir etməyəcək. Onlar da burada uğur qazanmaq istəyir. Uğur olan yerdə futbolçu hər şeyə hazırdır. Bizə o şəraiti yaratsınlar.
- 2-3 aya Qəbələ şəhər stadionu UEFA standartlarına uyğun hala gətirilirsə, 2 ildi Naxçıvan stadionu Premyer Liqa səviyyəsinə niyə hazır olmur?
- Hamımız bunu istəyirik. Siz də istəyirsiz ki, komanda öz bölgəsində olsun. Müraciətim sırf rəhbərliyimizə deyil. Naxçıvan rəhbərliyi də bizə dəstək olmalıdır. Düşünürəm ki, bu komanda nə Elmarın, nə buradakı rəhbərliyindir. Bu komanda Naxçıvanındır. O bölgənin rəhbərləri də bizim üçün hansısa jestlər etməlidir.
Mirbağırağa
saytlarin hazirlanmasi