"Lion"un yarımmüdafiəçisi Nemanya Matiç Liqa 1-də “Reyms”lə keçiriləcək oyun haqda danışarkən, komandasının növbəti görüşünün “Qarabağ”a qarşı olacağından və bu görüşdəki hədəflərindən danışıb.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən serbiyalı Avropa Liqasını qazanmaq istədikləri bildirib:
"Biz dünyada ən çox qol şansı yaradan klublarından biriyik. Sadəcə effektivliyi artırmaq lazımdır. Komandanın hazırda Liqa 1-də 5-ci yerdə olması bizi razı salmır. “Lion” Çempionlar Liqasında oynamalıdır. Biz Avropa Liqasında yaxşı vəziyyətdəyik və bu turniri qazanmaq üçün hər şeyi edəcəyik. Növbəti görüşümüz olacaq. Yaxşı hazırlaşırıq".
Xatırladaq ki, “Qarabağ” – “Lion” matçı noyabrın 28-də Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.
saytlarin hazirlanmasi