Qətərin "Əl-Ərəbi" klubunda çıxış edən Marko Verratti ölkəsinə qayıda bilər.
Sportal.az xəbər verir ki, "İnter" italiyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb.
"İnter" 32 yaşlı futbolçunu yanvar ayında heyətinə qatmağa çalışacaq. Son İtaliya çempionu təcrübəli oyunçu üçün onun klubuna təklif göndərəcək.
Qeyd edək ki, "Əl-Ərəbi" Marko Verrattini ötən ilin yayında PSJ-dən transfer edib. İtaliya millisinin sabiq üzvü bu mövsüm A siya təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi