"Qarabağ"ın qolkiperi Mateuş Koxalski Sportal.az saytına açıqlama verib. O, komandasının "Sabah"la görüşdəki bərabərliyini şərh edib: "Biz bu oyuna uğurlu nəticə üçün çıxmışdıq. Yaxşı oynadıq, amma “Sabah” da yaxşı oynadı. Sona qədər mübarizə apardıq. Premyer Liqada bütün komandaları görmüşdüm. Fikrimcə, "Sabah" bu liqada ən yaxşı komandalardan, rəqiblərdən biridir. Çox çətin oyun oldu. Əsl mübarizə getdi. “Sabah” da yaxşı oynadı. Düzünü desəm, bu cür oyunda bərabərə qalmaq da pis nəticə deyil, yaxşı nəticədir".
Polşalı qolkiper Avropa Liqasının 6-cı turunun "Elfsborq"la görüşü haqda da fikirlərini bildirib: "İndi hər bir oyunda qalib gəlmək çox vacibdir. Avropa Liqasında hər qarşıdakı görüşdə uğur qazanmaq istəyirik. Çünki biz Avropa Liqasında növbəti mərhələyə çıxmaq niyyətindəyik. Qalib gəlməyə ehtiyacımız var. Ona görə də, Avropa Liqasında da sona qədər mübarizəmizi davam etdirəcəyik".
Mirbağırağa
saytlarin hazirlanmasi