Buntiç: "Bəxtimiz gətirmədi" - MÜSAHİBƏ

14:46 - 24 Yanvar 2025

“Qarabağ”ın qapıçısı Fabyan Buntiç Sportal.az saytına müsahibə verib. O, Avropa Liqasının əsas mərhələsinin 7-ci turunun FKSB ilə Bakıda keçirilmiş (2:3) görüşü haqda danışıb. 

- FKSB ilə görüşdəki məğlubiyyəti nə ilə əlaqələndirirsən?

Oyuna yaxşı başladıq və erkən qol vurduq. Təəssüf ki, standart vəziyyətdən qol da buraxdıq. İkinci hissədə topa nəzarət etirdik. Amma bəxtimiz gətirmədi. Rəqib hər top uğrunda mübarizə aparırdı. 

- Nəticə oyuna görə deyildi?

Şübhəsiz ki. Biz qələbə daha çox layiq idik. Bəxtimiz gətirmədi.

- Hər üç qolu standart vəziyyətdən sonra buraxdınız. Niyə belə çətinlik çəkdiniz?

Bütün qolları eyni cür buraxanda problemlərdən danışmaq asandır. Amma qeyd etmək lazımdır ki, Rumıniya komandası həqiqətən də bu baxımdan çox güclüdür. Künc zərbəsindən sonra təhlükəni aradan qaldırmaq üçün bəzən 10 santimetr kifayət etmir. Bu Avropa mövsümündə bəxtimiz gətirmir, belə məqamlardan sonra qol buraxırıq. Fərqli oyun üslublarımız var. “Qarabağ” topa, FKSB isə standartlara daha çox nəzarət edir. Onların demək olar ki, bütün oyunları buna əsaslanır.

- Benzia və Juninyonun yoxluğu oyuna təsir etdi?

Bu cür oyunçuların oynamasını istəyərdik. Amma göstərdik ki, onlarsız da yaxşı oynaya bilərik. Belə oyunlarda kiçik səhv məğlubiyyətə gətirib çıxarır.

- “Olimpiakos”la son oyun haqda nə düşünürsən?

- Bu, Avropa Liqası oyunudur və biz bu səviyyədə oynamağa layiq olduğumuzu göstərmək istəyirik. Bizim üçün vacib oyundur. Biz yaxşı oyun göstərmək və qələbə qazanmaq istəyirik.

- Artıq neçə illərdir ki, Misli Premyer Liqasında rəqabətin olmamasının “Qarabağ” üçün belə nəticələrə gətirib çıxardığı fikirləri var. Bu haqda nə düşünürsən?

Təbii ki, bu, səviyyəsinə görə iki fərqli turnirdir. Amma bu, komandanın meydana çıxıb yaxşı nəticə göstərməsinə mane olmadı. 1-2 rəqibi çıxmaq şərtilə, Premyer Liqada səviyyə yüksək deyil. Amma bu da səbəb ola bilməz. Çünki yaxşı mövsümlərimiz də olub. 
 

Xəbər xətti