"Qarabağ"ın futbolçusu Toral Bayramov zədələnib. 

Sportal.az saytına verilən məlumata görə, Ağdam təmsilçisinin müdafiəçisi həkim müayinəsindən keçib.

Onun zədəsi ciddi olmasa da, qarşıdakı günlərdə komandaya kömək edə bilməyəcək.

Bayramov qarşıdakı 2 həftə ərzində meydana çıxmayacaq.