"Arsenal"da ciddi itki: hücumçu mövsümü erkən başa vurdu

16:33 - 12 Fevral 2025

İngiltərənin "Arsenal" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin hücumçusu Kay Haverts sıradan çıxıb. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Almaniyalı forvard komandanın Dubaydakı təlim-məşq toplanışı zamanı dizindən ağır zədə alıb. 25 yaşlı futbolçu mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Arsenal" Kay Havertsi 2023-cü ilin yayında "Çelsi"dən transfer edib. Almaniya millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti