Belajdi Pusi “Şamaxı”dan ayrılıb.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisi futbolçunun transferi ilə bağlı Rusiya Premyer Liqasında çıxış edən “Fakel” klubu ilə razılıq əldə edib.
Pusi artıq Voronej klubunun düşərgəsindədir və tibbi baxışdan keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.
Mövsümün əvvəlində "Şamaxı"ya qoşulan Belajdi Pusi bu müddət ərzində 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
"Şamaxı" Pusiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib, yeni klubunda uğurlar arzulayıb.
saytlarin hazirlanmasi