"Beşiktaş" 8 futbolçusu ilə yollarını ayıracaq

20:33 - 18 Mart 2025

Türkiyənin "Beşiktaş" klubu heyətdə köklü dəyişikliklər etməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi yayda 8 futbolçusu ilə yollarını ayırmaq istəyir. Bu barədə "Hürriyet" nəşri məlumat yayıb.

"Beşiktaş" mövsümün sonunda Joao Mario, Aleks Oksleyd-Çemberleyn, Ciro İmmobile, Qabriel Paulista, Ernest Muçi, Baxtiyor Zaynutdinov, Salih Uçan və Onur Bulutla yola davam etməyəcək.

"Qara qartallar" bu futbolçularla yollarını ayırmaqla həm maaş büdcəsini azaltmaq, həm də yeni transferlər üçün vəsait toplamaq niyyətindədir.

Xəbər xətti