İngiltərə millisində ciddi itki

22:39 - 18 Mart 2025

İngiltərə milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, "Çelsi"nin futbolçusu Koul Palmer yığmanın düşərgəsinə qoşulmayacaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Palmer "Çelsi"nin məşqi zamanı zədələnib. 22 yaşlı hücumameyilli yarımmüdafiəçinin adı millinin heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, İngiltərə millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində martın 21-də Albaniyanı, 24-də isə Latviyanı qəbul edəcək.

Xəbər xətti