"Fənərbaxça"da Joze Mourinyoya yaradılan imkanlar mənə yaradılmadı"

17:54 - 22 Mart 2025

"Fənərbaxça"nın sabiq baş məşqçisi Jorje Jezus Türkiyə mətbuatına açıqlama verib.

Sportal.az xəbər verir ki, hazırda"Əl-Hilal"ı çalışdıran portuqaliyalı mütəxəssis ona transferlər üçün kifayət qədər büdcə ayrılmayıb:

"Joze Mourinyoya transfer məsələsində yaradılan imkanlar mənə yaradılmadı. "Fənərbaxça" bu mövsüm futbola çox böyük yatırımlar edib. Mourinyo ilə böyük uğurlara imza atacaqlar. Klub prezidenti Ali Koç və çox sevdiyim azarkeşlər buna layiqdirlər".

Qeyd edək ki, Jorje Jezus 2022/2023 mövsümündə "Fənərbaxça"nın baş məşqçisi olub. İstanbul nəhəngi onun rəhbərliyi altında Super Liqanı lider "Qalatasaray"dan 8 xal geridə olmaqla 2-ci pillədə başa vurub.

Xəbər xətti