"Araz-Naxçıvan" komandanın əsas üzvlərindən olan Ramon Maçadonu buraxmaq niyyətində deyil.
Sportal.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisi braziliyalı hücumçunun müqavilə müddətini artırmağı planlaşdırır.
Artıq bu yöndə işlər də aparılır. Komandanın əsas fiqurlarından birinə çevrilmiş Maçadonun “Araz-Naxçıvan”la müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatacaq. Onun yeni sezona da bu klubda başlamaq ehtimalı yüksəkdir. Maçadonun da hazırkı komandasında qalmaq istəyində olduğu iddia edilir. Maçado bu sezon 20 matçda 4 qol vurub və 5 asist edib.
O, “Araz-Naxçıvan”a qədər “Yan Reqensburq”, “Laxeadense”, “Santa Kruz”, “Boa Esporte”, “Ponte Preta”, “Yuventude”, “İtuano”, “Santu-Andre”(hamısı Braziliya), “Neftçi”, “Qəbələ”, “Sabah”(Malayziya) klublarında oynayıb.